Zelenski: "Rusiya hər ay cəbhədə 30 mindən çox işğalçı itirir"


PUA operatorlarının yüksək peşəkarlığı və dəqiq fəaliyyəti nəticəsində Rusiya ordusunun aylıq itkiləri 30 min ölü və yaralını ötüb.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Günü münasibətilə paylaşdığı müraciətdə bildirib.

Prezident qeyd edib ki, bu il ilk dəfə olaraq Pilotsuz Sistemlər Qüvvələri Günü qeyd olunur və bundan sonra hər il 11 iyun tarixi pilotsuz uçuş aparatları bölmələrində xidmət edən hərbçilərə minnətdarlıq günü kimi qeyd ediləcək.

Zelenskinin sözlərinə görə, müasir müharibəni pilotsuz uçuş aparatları olmadan təsəvvür etmək mümkün deyil. O bildirib ki, Ukraynanın pilotsuz sistemləri həm cəbhə xəttində tapşırıqların yerinə yetirilməsində, həm də düşmən ərazisinin yüzlərlə kilometr dərinliyində yerləşən strateji hədəflərin məhv edilməsində mühüm rol oynayır.

Dövlət başçısı vurğulayıb ki, bütün əməliyyatlar qeydə alınır və məhz operatorların dəqiqliyi, peşəkarlığı sayəsində Rusiya ordusunun aylıq itkiləri 30 min ölü və yaralını keçir.

Zelenski həmçinin Pilotsuz Sistemlər Qüvvələrində xidmət edən hərbçilərə, Ukraynanın müdafiə texnologiyalarının inkişafına töhfə verən mütəxəssislərə və döyüş meydanında ölkənin üstünlüyünün təmin olunmasına çalışan hər kəsə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ