Son üç futbol üzrə Dünya Çempionatının qalibini düzgün proqnozlaşdırması ilə tanınan alman riyaziyyatçı Yoahim Klement 2026-cı il mundialı ilə bağlı yeni ehtimalını açıqlayıb.
Turkustan.az xəbər verir ki, riyazi modelə əsasən, 2026-cı il Dünya Çempionatının qalibi Niderland millisi ola bilər. Proqnoza görə, niderlandlılar yarımfinalda İspaniyanı, finalda isə Portuqaliyanı məğlub edərək tarixlərində ilk dəfə dünya çempionu olacaqlar.
Bununla belə, Klement futbolun nəticələrinin tam dəqiq proqnozlaşdırılmasının mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, oyunlara forma, hakim qərarları və təsadüfi amillər ciddi təsir göstərir.
Riyaziyyatçı azarkeşləri bu cür proqnozlara ehtiyatla yanaşmağa çağıraraq, futbolun nəticələrinin “lotereya” xarakteri daşıdığını qeyd edib. /bakivaxti.az/