Ərdoğandan sonra nazirlik də eyni ifadəni işlətdi: Cavabımız sərt olacaq!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi və Kipr türklərinin hüquqlarının qorunması ilə bağlı sərt bəyanatından sonra Türkiyənin Milli Müdafiə Nazirliyi də diqqətçəkən açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, “Türkiyənin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki hüquq və mənafeləri təhdid olunarsa, buna veriləcək cavab çox aydın və qəti olacaq”.

Prezidentin açıqlamasından sonra Milli Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qarşı ən sərt şəkildə cavab vermək gücünə, imkanlarına və qətiyyətinə malikdir.

Bəyanatda həmçinin qeyd olunub ki, Türkiyə bölgədə sülh və sabitliyin qorunmasının tərəfdarı olsa da, milli maraqların və Kipr türklərinin təhlükəsizliyinin müdafiəsi məsələsində qəti mövqe sərgiləməyə davam edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ