İsrail mediası: İsrail ABŞ-ın İrana qarşı son hücumlarında iştirak etməyib


İsrailin dövlət televiziya kanalı KAN-a danışan təhlükəsizlik mənbələri bildiriblər ki, İsrail ordusu “hazırda İrana qarşı həyata keçirilən hücumlarda iştirak etmir”.

Turkustan.az xəbər verir ki,KAN-ın məlumatında qeyd olunur ki, əməliyyat tamamilə ABŞ-a məxsus döyüş təyyarələri və hərbi gəmilər tərəfindən icra edilib. Bununla belə, İranın cavab olaraq həm İsrailə, həm də ABŞ qüvvələrinin yerləşdiyi Yaxın Şərq ölkələrindəki hədəflərə raket zərbələri endirə biləcəyi ehtimal edilir.

“Haaretz” qəzetinin xəbərinə görə, İsrail ordusu ABŞ hücumlarına cavab olaraq İran tərəfindən həyata keçirilə biləcək mümkün raket hücumlarına qarşı hazırlıq vəziyyətinə keçib.

KAN həmçinin bildirib ki, ABŞ-ın son hücumlarında iştirak edən yanacaqdoldurma təyyarələri Tel-Əvivdə yerləşən Ben Qurion Hava Limanından havaya qalxıb. Məlumata əsasən, İsrailin hava hücumundan müdafiə sistemləri də yüksək hazırlıq səviyyəsinə gətirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ