Hamı Trampın qərarını gözləyir - ABŞ bu ölkənin prezidentini də oğurlayacaq


ABŞ-ın Kuba Prezidenti Migel Dias-Kanelin oğurlanması variantını nəzərdən keçirdiyi iddia olunur. Məsələ ilə bağlı yekun qərarın isə Ağ Evin rəhbəri Donald Tramp tərəfindən veriləcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında danışıb.

O, Kuba liderinin mümkün oğurlanması ilə bağlı suala cavab verərkən, “Bütün variantlar masadadır” ifadəsini işlədib.

Heqsetin sözlərinə görə, Vaşinqton müxtəlif ssenariləri dəyərləndirir və yekun qərar ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq.

Qeyd edək ki, Pentaqon rəhbərinin bu açıqlaması beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Rəsmi Havana isə məsələ ilə bağlı hələlik açıqlama verməyib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ