Rusiya erməni balığını türk balığı ilə əvəzlədi


Rusiya Ermənistandan idxal olunan balıqları əvəz etmək üçün İran və Türkiyədən balıq tədarükünü artırıb.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert deyib.

“Rusiya başa düşürdü ki, Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlər qoymalı olacaq. Buna görə də digər ölkələrdən məhsul idxalı artıb”, - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ