ABŞ ordusu baş komandanın əmri ilə İrandakı hədəflərə əlavə zərbələr endirməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
***
ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib.
Bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.
Qurumun açıqlamasına görə, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub:
"Mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib".
Komanda əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb. /axar.az/