Azərbaycan və Ermənistan XİN-nin Vaşinqton görüşündə nə əldə edildi? - ŞƏRH


Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

Bəs bu görüşdən gözləntilər nələrdir? Sülh sazişi yaxın günlərdə imzalana bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli:

Ə.Əlibəylinin fikrincə “dünənki görüşün ümumi qaydası budur ki, tərəflər razılığa gəlirlər ki, sülh şanslarını, imkanlarını əldən çıxarmasınlar. Açığı Qərb platformasının həlledici olması ideyası tirajlanır. Bir məsələ də budur ki, dünənki görüş özü ilə yanaşı paralelində Rusiyanın Ermənistana basqısı və Qərbin də Azərbaycana basqısı ilə müşayiət edildi. Bu faktora baxmaq lazımdır.

Çünki NATO kontekstində Rusiya Ermənistana ciddi şəkildə narazılığını ifadə etdi. Amma Qərb və ABŞ senatorları Azərbaycan əleyhinə hesabatlar hazırlayırlar. Insan haqları təşkilatları Azərbaycan üçün hüquqların pozulmasına görə hesabatları daxil edirlər. Bir sözlə Ermənistanın silahlanmasına güclü təkan verirlər. Belə bir cəfəngiyyat vəziyyət yaranıbdır. Qaldı ki, sülh müqaviləsinin qısa vaxtda imzalanmasına, bu Ermənistanın konstitusiya dəyişikliyindən asılıdır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ