Xuraman Muradova: Türk dünyasının sözü Bakıda birləşdi


18 sentyabr 2026-cı il- Bakı şəhəri, Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyası qadın şairlərinin mötəbər görüşü keçirildi.

“Qoy sözümüz birliyimiz, qələmimiz körpümüz, şeirimiz ürəkdən-ürəyə uzanan əbədi bağımız olsun!”

Birliyin sədri Xuraman Muradova çıxışında Tomris Xatundan bu günədək Türk qadınının sarsılmaz nüfuzunu, sədaqətini və nəcib gücünü vurğuladı; Məhsəti Gəncəvi, Natəvan, Zərifə xanım Əliyeva, Aida xanım İmanquliyeva, böyük sərkərdəmizin daim yanında dayanan nəcib Türk qadını Mehriban Əliyeva və Leyla Əliyevanın mədəni irsimizə qatdığı dəyərləri dilə gətirərək öz şeirini səsləndirdi.

Tədbirdə çox sayda tanınmış ziyalılar, alimlər və dövlət xadimləri iştirak etdilər.

Qonaqlardan : Akademik Nizami Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklı, Xalq yazıçısı Çingiz Abdullayev, Türk dünyası ziyalı alimlərinin başçısı, türkoloq alim Mahirə Hüseynova, türkoloq Şərəf Cəlilli, yazıçı Varis Yolçuyev, Prof. Dr. Fuad Məmmədov və s. qonaq şairlər çıxışlarında Xuraman Muradovanın ev sahibliyi edərək bir neçə Türk dövlətindən olan şair xanımları bir araya gətirmək fikrini alqışlayaraq çıxış etdilər və Türk Dünyası Qadın Şairlər Birliyi haqqında gözəl fikirlər səsləndirdilər.

İştirak edən şair xanımlar:

Türkiyə: İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı, İclal Akkaşlan
Özbəkistan: Nərgiz Əsədova
Qazaxıstan: Assel Ospan
Qırğızıstan: Tolqonay Sarıyeva
Şimali Kipr: Feyzan Korur
Şimali Makedoniya: Leyla Şərif Emin
Başqırdıstan: Tənzilə Dövlətberdina
Tatarıstan: Şəmsiyyə Cahangirova
Güney Azərbaycan: Şərifə Cəfəri
– çıxış edərək şeirlərini oxudular və Azərbaycanda təşkil edilmiş bu yüksək səviyyəli tədbir və qonaqpərvərlik üçün Xuraman Muradovaya və dövlət rəhbərliyinə təşəkkür etdilər.


MANŞET XƏBƏRLƏRİ