“Erməni əsgərlər İsrail silahları ilə öldürülüb...” – İran səfiri yenə ermənilik etdi


“İrəvandakı bəzi Avropa səfirlikləri öz “Tvitter” səhifələrində erməni və fars dillərində İranın İsrailə hüquqi cavabı ilə bağlı öz rəhbərlərinin birtərəfli və yanlış mövqeyini yayırlar”.

Turkustan.az xəbər verir ki, bunu aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani deyib.

“Onlar erməni xalqını öz yalançı siyasətlərinin təsiri altına salmaq və Ermənistan ictimai rəyində İranı gözdən salmaq istəyirlər. Mən onlara bu ikiüzlülüyü dayandırmağı və Ermənistanı öz geosiyasi münaqişələrinə cəlb etməyə çalışmamağı tövsiyə edirəm”, - səfir qeyd edib.

Sübhani çıxışında daha da uzağa gedərək, Azərbaycana da “dil uzadıb”: “Onlar (ermənilər) bilirlər ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biridir və Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb. İkili standartlar siyasəti ilə regionda sabitliyi təmin etmək mümkün deyil. Davranışınız və pis rejimə məntiqsiz dəstəyiniz pisliyi tamamilə adi hala gətirir”.

Diplomat Qərb ölkələrinə xitabən “əgər sabitlik axtarırsınızsa, dürüst olun. Terrorizm yaxşı və ya pis deyil. Bu seçmə yanaşma yalnız sionist rejimin avantürizmini təşviq edir və regionu müharibəyə doğru aparır. Qonşuluq siyasəti İranın əsas prioritetlərindən biridir”, - deyə fikrini yekunlaşdırıb.

İran səfrinin bu açıqlaması Tehranın regionda yürütdüyü erməni yanlı və anti-Azərbaycan siyasətinin növbəti təzahürü olduğuna görə onu geniş şərh etməyə ehtiyac yoxdur. Amma Azərbaycanda “din təəssübkeşliyi” adı altında fars rejiminə nökərçiliyi özlərinə peşə seçən bəzi vətəndaşlarımıza bu cür çıxışları tez-tez xatırlatmaq vacibdir. Xüsusən Sübhanin vurğuladığı “Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb” cümləsi qonşu ölkədəki teokratik rejimin iliyinə qədər Azərbaycana qarşı düşmən mövqeyində dayandığının bariz nümunəsidir. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ