Paşinyan jurnalistləri ələ saldı: Bu təyyarə mənə babamdan qalıb


Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya səfəri zamanı istifadə etdiyi təyyarə ilə bağlı müxalifyönlü jurnalistlərin suallarına cavab verib.

Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, “üçbaşlı müharibə” partiyası ilə əlaqəli media qurumlarının təyyarənin kimə məxsus olması barədə suallarına cavab olaraq bildirib:

“Bu, mənim şəxsi təyyarəmdir. Yalnız ötən həftə tamamilə təsadüfən öyrəndim ki, babam onu mənə vəsiyyət edib. Hazırda sənədləri qaydasına salmağa çalışırıq.

Bu məlumatın araşdırılması ilə bağlı istənilən cəhdi siyasi təqib, insan hüquqlarının kobud şəkildə pozulması və demokratiyanın dəfn mərasimi kimi qiymətləndirirəm”./modern.az


MANŞET XƏBƏRLƏRİ