Müharibə başlayandan sonra ilk dəfə: Rusiya seçkilərə gedir


Rusiyada 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra ilk parlament seçkiləri keçirilir. Səsvermə üç gün davam edəcək.

Turkustan.az xəbər verir ki, Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasının deputatları ilə yanaşı, 39 bölgənin parlament üzvləri, regional rəhbərlər və yerli şura üzvləri də seçilir.

Saat qurşaqları arasındakı fərq səbəbindən səsvermə ilk olaraq ölkənin şərqində yerləşən Kamçatka bölgəsi və Çukotka Muxtar Vilayətində başlayıb.

Paytaxt Moskva da daxil olmaqla digər bölgələrdə seçicilər səhər saatlarından etibarən səsvermə məntəqələrinə gediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ