Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO


Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

“Bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib.

Əvvəl xüsusi hərəkət zolağının qüvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır. Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda avtobus zolağına (1.1, 1.2 və ya 1.11 nişanlanma xətləri) icazəsiz daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən 100 manat məbləğində cərimə və 2 bal cərimə balı ilə cəzalandırılır.


MANŞET XƏBƏRLƏRİ