Prezident və xanımının şəkil çəkdirdiyi heykəlin SİRRİ AÇILDI – FOTO


Xəbər verdiyimiz kimi, Şamaxıda “Nəsimi Bağları” kompleksi istifadəyə verilib. Kompleksin ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış heykəli diqqət çəkir. Abidənin digər heykəllərdən fərqlənən əsas xüsusiyyətlərindən biri isə qırmızı rəngdə olmasıdır.

Bəs Nəsiminin heykəlinin qırmızı rəngdə hazırlanmasının arxasında hansı məna dayanır?

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, qədim Şirvan torpağında bizim dünya sivilizasiyasına bəxş etdiyimiz ən böyük mütəfəkkir şairlərdən İmadəddin Nəsiminin çox möhtəşəm bir heykəli və ətrafında kompleks yaradılıb:

“Ölkə başçısı və birinci xanım ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, hürufizmə, İslam mədəniyyətinə və sivilizasiyasına hörmət əlaməti olaraq həmin heykəl kompleksinin açılışında şəxsən iştirak etdilər. Heykəlin qırmızı rəngdə hazırlanmasının bir çox mənası var və bu haqda çox danışmaq olar. Nəsiminin azadlıq carçısı olması və dərisinin soyulması, yəni qanının dünya tarixində poeziyanın, fəlsəfənin, azadlığın, ilahi eşqin və mübarizənin bir forması kimi məhz qırmızı rəngdə ifadə olunması təbiidir”.

1789648326 f97a806f651f72c9b7ba25c78feb7d8d

Kulturoloq bildirib ki, qırmızı rəng Şərq ədəbiyyatında, fəlsəfəsində, gizli elmlərdə bir neçə mənanı özündə ehtiva edir:

“Qırmnızı azadlığın, insanın kamilləşməsi yolunda Allahla birləşmək üçün mübarizənin bir simvoludur. Üstəlik, qırmızı bayrağımızın da rənglərindən biridir.

Bu həm də od rəngi sayılır. Bir çox milli atributlarımızda da önəmli yer tutur. Bütün bunları nəzərə alsaq, simvolik mənası bütövlükdə götürəndə azadlıq və sözün enerjisi, düşüncənin enerjisi, tarixdə qalan və dərisi soyulan bir şairin, filosofun məhz qanı baxımından da maraqlıdır. Əlbəttə ki, onun heykəlini və kompleksini yaradan həm heykəltəraş, həm də bu məsələlərə xüsusi nəzarət edən şəxslər bütün bunları və bir neçə digər məqamı nəzərə alıb heykəlin məhz qırmızı rəngdə olmasına qərar veriblər.

Qırmızı azadlığın rəngidir, müasirliyin və dünya sivilizasiyasının obrazı kimi də götürülə bilir. Bununla da Azərbaycan bir daha mesaj verir ki, həm Şərqi, həm də Qərbi birləşdirən Azərbaycan poeziyası, ədəbiyyatı və fəlsəfəsi, eləcə də Şərq-İslam dünyası ilə Qərbin liberal azadlıq dəyərlərini özündə birləşdirən multikultural ölkədir”.


MANŞET XƏBƏRLƏRİ