İraqda təxminən 10 ildir mülki aviasiya üçün bağlı olan hava məkanının bəzi əraziləri yenidən açılıb.
Turkustan.az xəbər verir ki, bu barədə İraq Hava Limanları və Hava Naviqasiyası Baş İdarəsinin baş direktoru İhab Səəd Kərim Bağdadda keçirilən mətbuat konfransında açıqlama verib.
O bildirib ki, əvvəllər məhdudlaşdırılan ərazilər təhlükəsizlik əməliyyatları üçün istifadə olunub. Hazırda həmin ərazilər Silahlı Qüvvələrin Baş Komandanı Ofisi ilə koordinasiya əsasında rəsmi olaraq Hava Limanları və Hava Naviqasiyası Baş İdarəsinə təhvil verilib.
Bununla da həmin ərazilərdə mülki təyyarələrin uçuşlarına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Aytən Yaşar/ Turkustan.az