Şimali Koreyanın nüvə sınaqları dünyanı sarsıtdı


Cənubi Koreya və Çin tədqiqatçıları Şimali Koreyanın nüvə sınaqlarının bölgədə seysmik aktivliyə təsirini araşdırıb. Tədqiqat nəticəsində nüvə sınaqlarından sonra 1300-dən çox zəlzələnin baş verdiyi müəyyənləşdirilib.

Turkustan.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Pusan Milli Universiteti və Çinin Çendu Texnologiya Universitetinin birgə apardığı araşdırmada Şimali Koreyanın Pungye-ri nüvə sınağı poliqonundakı seysmik fəaliyyət təhlil edilib.

Tədqiqatçılar 2008-ci ildən etibarən qeydə alınan seysmik dalğa məlumatlarını araşdıraraq, Şimali Koreyanın nüvə sınaqları keçirdiyi Mantap dağının ətrafında zəlzələlərin sayında kəskin artım müşahidə ediblər.

Araşdırmaya görə, Pxenyanın 2017-ci ildə keçirdiyi son nüvə sınağından sonra bölgədə seysmik aktivlik daha da güclənib və həmin vaxtdan etibarən 1330 zəlzələ qeydə alınıb.

Tədqiqatçılar bildiriblər ki, 2017-ci ildən əvvəl nüvə sınaqlarından sonra baş verən zəlzələlər əsasən qısamüddətli olub. Son sınaqdan sonra isə zəlzələlərin həm tezliyi, həm də miqyası artıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ