Ukrayna Avropa İttifaqının 90 milyard avroluq kredit dəstəyi proqramı çərçivəsində daha 3,3 milyard avro alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Sergey Koretski Telegram kanalında məlumat verib.
Baş nazir bildirib ki, vəsait Ukraynanın prioritet müdafiə ehtiyaclarına, xüsusilə raket və dronların alınmasına yönəldiləcək.
Koretski Aİ-nin rəhbərliyinə və üzv dövlətlərə Ukraynaya davamlı dəstəyə və Ukrayna Müdafiə Qüvvələrinin gücləndirilməsinə görə təşəkkür edib.
Qeyd edək ki, 2026-cı ilin fevralında Avropa Parlamenti və Aİ Şurası Ukraynaya 90 milyard avroyadək kredit verilməsini nəzərdə tutan qərar qəbul edib. Dəstək Ukraynanın müdafiə qabiliyyətinin və müdafiə sənayesinin gücləndirilməsi, həmçinin dövlət qurumlarının fəaliyyəti, ictimai xidmətlərin göstərilməsi və iqtisadi dayanıqlığın təmin edilməsinə yönəlib.
Aytən Yaşar/ Turkustan.az