Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ballistik Raket Əleyhinə Koalisiyaya qoşulduğunu təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Tusk bu barədə Ukraynaya səfəri zamanı X sosial şəbəkəsində paylaşdığı videomüraciətdə məlumat verib.
Baş nazir bildirib ki, Polşa artıq koalisiyanın bir hissəsidir və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı əməkdaşlığın formaları və çərçivəsi müzakirə olunub.
Tusk qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə Avropanın, o cümlədən Polşanın hava məkanının daha təhlükəsiz olmasına töhfə verə bilər.
Aytən Yaşar/ Turkustan.az