Bir əsrdən sonra ilk: Yeni vəhşi pişik növü kəşf edildi


Vəhşi pişiklərin yeni bir növü müəyyənləşdirilib və ona rəsmi elmi ad verilib. Bu, bir əsrdən artıq müddətdə vəhşi pişiklər arasında təsdiqlənən ilk yeni növ hesab olunur.

Turkustan.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Yerli əhali tərəfindən “tilcayo” adlandırılan bu heyvan Cənubi Amerikanın geniş ərazilərində yayılan “pələng pişikləri” qrupuna daxildir. Heyvan Boliviyanın Yungas bölgəsindəki meşələrdə aşkarlanıb.

Təxminən 46 santimetr uzunluğunda və 1,4 kiloqram ağırlığında olan tilcayo orta ölçülü ev pişiyindən daha kiçikdir.

Tədqiqatçılar genetik analizlər əsasında heyvanın ayrıca növ olduğunu təsdiqləyiblər. Yerli adı qorunmaqla ona elmi olaraq “Leopardus tilcayo” adı verilib.

National Geographic tədqiqatçısı Paola Nogales-Ascarrunsun sözlərinə görə, pişiyin xəzi açıq qəhvəyi rəngdədir və bədəninin müxtəlif hissələrində nizamsız formalı rozetlər yerləşir.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ