Macarıstan Avropa İttifaqının Rusiya qazından tamamilə imtina etmək tələblərini bir il ərzində yerinə yetirə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat naziri İştvan Kapitan “Bloomberg”ə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Macarıstanın digər mənbələrdən rəqabətli qiymətlərlə qaz almaq üçün kifayət qədər boru kəməri bağlantısı mövcuddur.
O qeyd edib ki, hökumət ölkənin yeganə nüvə elektrik stansiyasının genişləndirilməsi planlarını da nəzərdən keçirir. Eyni zamanda, Rusiyadan asılılığı azaltmaq məqsədilə neft tədarükünün şaxələndirilməsi üçün müxtəlif təchizatçılarla danışıqlar aparılır.
Kapitan bildirib ki, mövcud vəziyyət dəyişməz q
alarsa, Macarıstan 2027-ci ilin oktyabrına qədər qaz tədarükünü tamamilə digər mənbələr hesabına təmin edə bilər.
Aytən Yaşar/ Turkustan.az