Səudiyyə Ərəbistanının Taif hava bazasına endirilən hava hücumu zamanı İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter F-2000” qırıcı təyyarəsi vurulub.
Turkustan.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Guido Crosetto Taif hava bazasında yerləşən İtaliya qırıcı təyyarəsinin gecə saatlarında həyata keçirilən hücum zamanı vurulduğunu açıqlayıb.
Nazir yazılı açıqlamasında “Daxil Qətiyyət Əməliyyatı” çərçivəsində İtaliya hərbi heyətinin də yerləşdiyi Taif Hava Bazasına hücumu yaxından izlədiklərini bildirib.
Crosetto hücum nəticəsində heç bir İtaliya hərbçisinin xəsarət almadığını qeyd edib. Onun sözlərinə görə, bazanın daxilində, mərkəzdən uzaq ərazidə yerləşən “Eurofighter F-2000” qırıcısı vurulub.
Nazir bildirib ki, İtaliya hərbi heyətinin istifadə etdiyi digər nəqliyyat vasitələrinə və bazanın infrastrukturuna zərər dəyməyib.
Aytən Yaşar/ Turkustan.az