Onlar Azərbaycan millisinə dəvət aldılar – Tam siyahı


Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov qarşıdakı oyunlar üçün heyəti açıqlayıb.

Turkustan.az xəbər verir ki, A millimiz sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə, UEFA Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn və oktyabrın 4-də Litva ilə qarşılaşacaq.

Ayxan Abbasov bu oyunlar üçün 30 futbolçuya dəvət göndərib.

Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi“).

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Petrolul”, Rumıniya), Anton Krivotsyuk (“Tecon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Turan Tovuz”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”), Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”).

Yarımmüdafiəçilər: Emin Mahmudov (“Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybulayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Vüsal İsgəndərli (“Malişeva”, Kosovo).

Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakov”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna).

Qeyd edək ki, Azərbaycan – Tacikistan oyunu sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Millətlər Liqasında isə Azərbaycan sentyabrın 27-də saat 17:00-da “Darius and Girenas” stadionunda Litva ilə, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynlə, oktyabrın 4-də saat 17:00-da isə 8-ci km stadionunda Litva ilə qarşılaşacaq.


MANŞET XƏBƏRLƏRİ