Türkiyədən Ermənistana YAŞIL İŞIQ: Ankara və İrəvan RAZILIĞA GƏLDİ


Sofiyada Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan ilə Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Dəniz Güler arasında görüş keçirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Televiziya və Radio Komissiyasından bildiriblər.

Görüş zamanı tərəflər televiziya və radio yayımları sahəsindəki mövcud tendensiyaları və müasir çağırışları, həmçinin tənzimləyici qurumların fəaliyyət məsələlərini müzakirə ediblər.

Ermənistan və Türkiyə tənzimləyiciləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Xüsusilə, təcrübə və peşəkar bilik mübadiləsi, sahəvi dialoqun aktivləşdirilməsi və qarşılıqlı maraq kəsb edən layihələr çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Tərəflər, həmçinin beynəlxalq və regional platformalarda tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş iştirakçıları yayım sahəsinin səmərəli tənzimlənməsi və yeni çağırışlara birgə cavab verilməsi üçün dialoqun rolunu qeyd edərək, bu cür görüşlərin müntəzəm keçirilməsinin zəruriliyini bildiriblər.

Bundan əlavə, Əməkdaşlıq Memorandumunun imzalanması imkanları da müzakirə olunub. Qeyd edildiyi kimi, sənədin müvafiq layihəsi artıq hazırlanma mərhələsindədir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ