İstanbulun Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı davam edir.
Turkustan.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan şəxslərə dair Məhkəmə Tibbi Ekspertiza İnstitutunun bioloji laboratoriya nəticələri prokurorluğa təqdim edilib. Saç, qan və sidik nümunələri üzərində aparılan analizlər nəticəsində maddələrin növləri ayrı-ayrılıqda müəyyən edilib.
Məlumata görə, məşhur aktyor Onur Tunanın nümunələrində kannabisin aktiv maddəsi olan THC (tetrahidrokannabinol) aşkarlanıb. Sosial media fenomeni Özgür Deniz Cellatın laboratoriya analizlərində də eyni maddənin izlərinə rast gəlinib.
İstintaqın digər detalları ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az