Qlobal müharibə başlayır: ilk bu ölkəyə hücum edəcəklər – Xrenindən sensasiya


“Rusiya və Belarusa qarşı hərbi münaqişə ehtimalı olduqca yüksəkdir və belə bir qarşıdurma qısa zamanda qlobal müharibəyə çevrilə bilər”.

Turkustan.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.

O bildirib ki, Şərqi Avropa regionunda yaranan vəziyyət narahatlıq doğurur. Belarus və Rusiya NATO-nun sərhədləri yaxınlığında hərbi qüvvələrini artırmasını mümkün qarşıdurmaya hazırlıq kimi qiymətləndirir.

O qeyd edib ki, hazırda Polşa və Baltik ölkələrində alyansın təxminən 21 min hərbçisi yerləşdirilib, eyni zamanda həmin ölkələr ABŞ hərbi kontingentinin artırılmasına çalışırlar.

Xrenin həmçinin iddia edib ki, NATO mütəmadi olaraq qüvvələrin şərq sərhədlərinə operativ şəkildə köçürülməsinə çalışır və Rusiya ilə Belarusa qarşı hücum xarakterli əməliyyatların məşqlərini keçirir.

Onun fikrincə, alyans ölkələrinin illik hərbi xərclərinin 1,6 trilyon dolları keçməsi də silahlı qarşıdurmaya hazırlığın göstəricisidir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ