Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib.
Turkustan.az xəbər verir ki, bu haqda teleqram kanalları görüntülər paylaşıb.
Belə ki, onun tərəfdaşları revanşist əhvali-ruhiyyəni qızışdırmaq üçün Azərbaycanca səsyazıları səsləndirib və toplaşanları azərbaycanlılarla ürkütməyə cəhd ediblər.
Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib. /modern.az/az/