Paşinyanın Ərdoğana zənginin pərdəarxası: ermənilərə mesaj verildi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı bir çox baxımdan diqqət çəkir.

Məlumata görə, əlaqə zamanı Paşinyan Qurban bayramı münasibəti ilə Türkiyə liderini təbrik edib və iki ölkə arasında davam edən normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan da öz növbəsində Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi bildirib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı həm də Nikol Paşinyanı doğum günü münasibətilə təbrik etməsi ikitərəfli əlaqələrin normallaşması istiqamətində mühüm amildir:

“Hazırda tərəflər arasında dialoq yüksək səviyyədə davam edir. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasından sonra bu ölkə ilə sərhədlər də açacaq. Türkiyə prezidentinin zəngi Paşinyanın mövqeyini gücləndirir. Hazırda sərhəd keçidlərinin təmiri və dəmiryol xəttinin düzəldilməsi davam edir.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

Ermənistan hakimiyyəti də Türkiyə ilə əlaqələrin inkişafına önəm verir. Hazırda Ermənistan seçkilərə hazırlaşır, bir neçə gündən sonra baş tutacaq. Ankara ilə İrəvan arasında iqtisadi münasibətlər bərpa olunur. Bunun üçün Paşinyan Türkiyə ilə bağlı bir sıra addımlar atıb. Göründüyü kimi hər iki tərəf normallaşma prosesi üçün siyasi iradə ortaya qoyub”.


MANŞET XƏBƏRLƏRİ