İsrailin Livan, Suriya və Qəzzaya doğru genişlənmək istəyi ilə bağlı suala ABŞ dövlət katibi Rubio cavabında bunun "ABŞ siyasəti olmadığını" bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail rəsmilərinin dilə gətirdiyi kimi, ölkənin sərhədlərinin Livan, Suriya və Qəzzaya genişləndirilməsi "ABŞ siyasəti deyil".
Rubio ABŞ Senatının Büdcə Alt Komitəsinin Prezident Donald Trampın 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin büdcə tələbi və Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı suallarını cavablandırıb.
ABŞ senatoru Jeff Merkley İsrail maliyyə naziri Bezalel Smotrichin Livan, Suriya və Qəzzaya genişlənmək istəyi məsələsini qaldıranda Rubio bildirib ki, onlar belə bir şeyə hədəflənmədiklərini açıq şəkildə bildiriblər.
Rubio bildirib ki, "Sözlərinizə əsasən təsvir etdiyiniz şey ABŞ siyasəti deyil. Biz dəfələrlə status-kvonu istədiyimizi iddia etmişik, yəni Qərb Şəriyəsindəki daha geniş vəziyyəti poza biləcək heç bir addım atılmayacağıq".
Aytən Yaşar/ Turkustan.az