Trampın Türkiyəyə gələcəyi tarix dəqiqləşdi


ABŞ dövlət katibi Rubio bildirib ki, prezident Donald Tramp NATO-nun Ankara sammitində "şəxsən iştirak edəcək" .

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində şəxsən iştirak etmək qərarına gəlib. Qərarı açıqlayan ABŞ dövlət katibi Marko Rubio Trampın sammitdə iştirak edəcəyini və müttəfiqləri ilə görüşəcəyini bildirib. Türkiyənin ev sahibliyi etdiyi bu vacib görüş Vaşinqtonun ittifaq və regional təhlükəsizliyə sadiqliyinin nümayişi kimi qəbul edilir.

Zirvə toplantısında müdafiə xərclərinin artırılması və üzv dövlətlər arasında yükün bölüşdürülməsi, eləcə də terrorizmə qarşı mübarizə və regional sabitlik tədbirləri kimi məsələlərə üstünlük veriləcək. Ankarada keçiriləcək görüşün Trampla Türkiyə hökumət rəsmiləri arasında ikitərəfli münasibətləri gücləndirəcək vacib təkbətək danışıqlara yol açacağı da gözlənilir.

Bu arada, xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə müsahibə verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ