Böyük Britaniyanın yeni səfiri Bakıda


Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman ölkəmizə gəlib.

Turkustan.az xəbər verir ki, diplomat “X” sosial şəbəkə hesabında videomüraciət paylaşaraq Azərbaycanda fəaliyyətə başlamaqdan qürur duyduğunu bildirib:

“Bundan əvvəl də Azərbaycanda olmuşam. Lakin Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi buraya gəlmək fərqli hissdir. Bu ölkənin zəngin mədəniyyətini və qonaqpərvərliyini hiss etmişəm. Ölkələrimizi artıq 30 ildən çoxdur ki, möhkəm dostluq və qarşılıqlı etimad bağları birləşdirir. İkitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz bir dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram”.


MANŞET XƏBƏRLƏRİ