İsrailli nazirdən yeni qalmaqal! Azan açıqlaması gündəm oldu


İsrailin ifrat sağçı naziri Ben-Qvir daha bir qalmaqallı açıqlama ilə çıxış edib. Ben-Qvir Fələstindəki məscidlərdən azan səsinin susdurulmasını hədəfləyən qanun layihəsi məsələsini qaldırıb.

Turkustan.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal olunmuş Fələstin ərazilərində yerləşən məscidlərdə azanın susdurulması təşəbbüsü çərçivəsində sosial mediada video paylaşıb.

Ben-Gvir sosial media hesabında paylaşdığı videoda Fələstindəki məscidlərdən azan səslərinin susdurulmasını hədəfləyən qanun layihəsini gündəmə gətirib.

“Məscidlərdən gələn azan səsinin narahatedici olduğunu” iddia edən Ben-Gvir, azana qarşı təşəbbüsü ilə bağlı belə bildirib: “Mən məscidlərdən gələn səs-küyü dayandıracağam”.

Fələstinə və onun dini dəyərlərinə qarşı təcavüzü ilə tanınan Ben-Gvir, azan səsinin eşidilə biləcəyi bir videoda "Mən bu vəziyyəti dəyişdirəcəyəm" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ