Netanyahu: Tramp ilə fikir ayrılıqları taktiki xarakter daşıyır


İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ Prezidenti Donald Trumpla arasında fikir ayrılıqları barədə danışarkən bildirib ki, bu məsələlər sadəcə taktiki xarakter daşıyır.

Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-ın CNBC kanalına müsahibəsində Trampın son görüşlər zamanı onu “dəli” adlandırdığı ilə bağlı iddiaları şərh etməkdən yayınıb və fikir ayrılıqlarının ciddi xarakter daşımadığını vurğulayıb.

Baş nazir xüsusilə Livanla bağlı mövzuda Trampla arasında yaranan fikir ayrılıqlarının “əhəmiyyətsiz” olduğunu bildirib.

Trampla son telefon danışığı zamanı ona qarşı sərt ifadələr işlədildiyi və Livana hücumların dayandırılmasının tələb olunduğu barədə suallara cavab verən Netanyahu yalnız “Detallara girməyəcəyəm” deməklə kifayətlənib.

“Bəzən, ən yaxşı ailələrdə olduğu kimi, belə taktiki fikir ayrılıqları yaranır. Ancaq biz həmişə onları həll etməyin yolunu tapırıq və bunu çox yaxşı dostlar kimi edirik”, – deyə Netanyahu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ