ABŞ-dan Azərbaycana DƏSTƏK: Bundan sonra...


ABŞ Müdafiə Nazirliyi Azərbaycanda da həyata keçiriləcək təhlükəsizlik proqramlarına milyardlarla dollar ayıracaq. Məqsəd kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin azaldılması istiqamətində tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirməkdir.

Turkustan.az xəbər verir ki, Pentaqon bu məqsədlə ümumilikdə 3,5 milyard dollar vəsaitin ayrıldığını açıqlayıb. Müqavilə tərəfdaş ölkələrdə kütləvi qırğın silahları ilə bağlı risklərin davamlı şəkildə azaldılması üçün geniş xidmət və məhsulların təqdim olunmasını nəzərdə tutur.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Vaşinqton hazırda CTR (Cooperative Threat Reduction) proqramı çərçivəsində 35 dövlətlə əməkdaşlıq edir. Siyahıya Ukrayna, Moldova, Azərbaycan, Hindistan, Pakistan və digər ölkələr daxildir. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ