2182-ci ildə Yerə çarpma ehtimalının olduğu ifadə edilən Bennu asteroidini araşdırmaq üçün NASA-nın göndərdiyi kosmik gəmi OSIRIS-Rex-in gətirdiyi hissələrdə daha əvvəl kəşf edilməmiş qara maddə aşkar edilib.
Turkustan.az xəbər verir ki, NASA-nın 2016-cı ildə Bennu asteroidindən nümunələr toplamaq üçün buraxdığı Osiris-Rex kapsulu öz missiyasını uğurla başa vurub. Osiris-Rex Bennudan təxminən 250 qram qaya və toz nümunələri toplaya bildi və Yer atmosferinə girdikdən sonra Müdafiə Nazirliyinin Yuta Test və Təlim Bölgəsi kimi tanınan səhra ərazisinə paraşütlə müvəffəqiyyətlə enib.
Mütəxəssislər bəyan ediblər ki, Yerə yaxın olan karbonla zəngin asteroid Günəş sisteminin ən qədim tarixinin zaman kapsulu rolunu oynayır. NASA-nın asteroiddən nümunələr toplamaq üzrə ilk missiyasını uğurla başa vurduqdan sonra toplanmış nümunələrin hər 4-dən 1-i analiz üçün dünya üzrə 200-dən çox fərd və 38 qurumdan ibarət qrupa veriləcək.
Bennu, ehtimal ki, çəki ilə təxminən 5-10% karbon ehtiva edir. Əsl maraq da buradadır. Planetimizdəki həyat üzvi kimyaya əsaslanır. Erkən Yerdə həyatın başlaması üçün su kimi mürəkkəb molekullar da kosmosdan gəlməli idimi?
Londondakı Təbiət Tarixi Muzeyinin professoru Sara Russell, "Nümunə üzərində aparılacaq ilk analizlərdən biri onun tərkibində olan bütün karbon əsaslı molekulların siyahısı olacaq" deyir.
NASA Bennunu Günəş sistemindəki ən təhlükəli qaya hesab edir. Kosmosdan keçdiyi yoluna görə, o, bütün məlum asteroidlər arasında Yerlə toqquşma ehtimalı yüksəkdir. Bununla belə, təsir ehtimalı çox aşağıdır; Bu, təxminən 11 dəfə bir sikkə atmaq və eyni sifətə sahib olmaq ehtimalı qədərdir. Və hər hansı bir toqquşmanın növbəti əsrin sonuna qədər baş verməsi ehtimalı azdır. Bennu çox miqdarda su ehtiva edir (təxminən çəkisinin 10%-i), ehtimal ki, minerallarla bağlıdır. Alimlər bu sudakı müxtəlif növ hidrogen atomlarının nisbətinin Yer okeanlarındakı nisbətə bənzəyib-oxşamadığını da araşdıracaqlar.
Aparılan müayinələr nəticəsində Bennunun gətirdiyi nümunələrdə dünyada hələ aşkarlanmayan elementin aşkar edildiyi bildirilib. Alimlər qutunun içərisində sirli qara toz aşkar etdikdən sonra NASA asteroid nümunələri üzərində işi dayandırmaq məcburiyyətində qalıb. Sözügedən sirli element Bennu qapaqlarında aşkar edilib. NASA bildirib ki, toz Bennu asteroidindən olub-olmadığını müəyyən etmək üçün sürətli analizdən keçəcək.
Eltac/Turkustan.az