İranın şimalındakı Gülüstan əyalətinin mərkəzi şəhəri olan Qorqanda göydən düşdüyü bildirilən naməlum metal əşyalar ictimaiyyətdə qorxuya səbəb olub.
Turkustan.az xəbər verir ki, İranın şimalındakı Gülüstan əyalətinin mərkəzi şəhəri olan Qorqanda göydən düşdüyü bildirilən naməlum metal əşyalar ictimaiyyətdə qorxuya səbəb olub.
Tesnim Xəbər Agentliyi Qorqan şəhərinə düşən metal əşyaların görüntülərini paylaşıb.
Şəhərin və kəndin müxtəlif məhəllələrinə düşən, bomba effekti yaradan obyektlərin bəzi evlərə və iş yerlərinə maddi ziyan vurduğu müşahidə edilib.
İctimaiyyətdə qorxuya səbəb olan hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməsə də, xəsarət alanlar və insan tələfatı ilə bağlı məlumat paylaşılmayıb.
Eltac/Turkustan.az