İnfarktdan bir neçə gün əvvəl GÖRÜNƏN ƏLAMƏTLƏR


Miokard infarktı hər zaman qəfil baş vermir. Bəzi hallarda orqanizm ürək-damar problemindən günlər əvvəl müəyyən xəbərdarlıq siqnalları verir.

Turkustan.az xəbər verir ki, bu barədə “SM-Clinic”in kardioloqu Anastasiya Slizova “Lenta.ru”ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, yaxınlaşan infarktın əsas əlamətlərindən biri insanın adi fiziki yükə qarşı dözümlülüyünün qəfil azalması ola bilər.

Slizova bildirib ki, əvvəllər rahatlıqla bir neçə kilometr yol gedə bilən şəxsdə sonradan qısa məsafədən sonra nəfəs darlığı, zəiflik və ya sinədə narahatlıq yaranırsa, bu hal müayinə üçün ciddi səbəb sayılmalıdır.

Kardioloq qeyd edib ki, izah olunmayan yorğunluq, halsızlıq hissi və iş qabiliyyətinin azalması da infarktdan bir neçə gün əvvəl meydana çıxa bilər.

Onun sözlərinə görə, bu əlamətlər xüsusilə qadınlarda və yaşlı insanlarda daha çox müşahidə olunur.

Həkim əlavə edib ki, səbəbsiz nəfəs darlığı, sürətli və ya nizamsız ürək döyüntüsü, soyuq və yapışqan tərləmə, qəfil zəiflik və başgicəllənmə də diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssis belə simptomların meydana çıxması halında həkim müayinəsindən keçməyi tövsiyə edib. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ