Azərbaycanda 18 yaşadək ilk dəfə qoyulmuş diaqnozla 354 755 uşaqda tənəffüs sistemi xəstəlikləri aşkarlanıb.
Turkustan.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” məcmuəsinə əsasən xəbər verir ki, onların 282 114-ü 0-13 yaş, 72 641-i isə 14-17 yaş qrupuna aid olub.
Məlumata görə, tənəffüs sistemi xəstəliklərindən ölən uşaqların sayı 138 nəfər təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə 0-13 yaş qrupunda 320 330 nəfər, 14-17 yaş qrupunda isə 85 441 nəfər olmaqla ümumilikdə 405 771 uşaqda ilk dəfə qoyulmuş diaqnozla tənəffüs sistemi xəstəlikləri qeydə alınıb.
Sözügedən xəstəlik səbəbindən ölüm faktı isə 125 nəfər təşkil edib.