Azərbaycan əhalisi sürətlə qocalır: İllər üzrə statistika


“Azərbaycanda əhalinin yaşlanması sürətlənir. 2000-ci ildə hər 1000 nəfər 15–64 yaşlı əhaliyə 83 nəfər 65 və yuxarı yaşlı düşürdü. 2026-cı ilin əvvəlində bu göstərici 152 nəfərə çatıb”.

Turkustan.az xəbər verir ki, bunu REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli özünü “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, 2020-ci ildə hər 1000 nəfər 15–64 yaşlıya 104 yaşlı düşürdüsə, 2023-cü ildə bu göstərici 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfərə yüksəlib:

“Eyni zamanda 65+ yaşlıların mütləq sayı 2000-ci ildəki 419,5 min nəfərdən 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb. Doğum kəskin azalır, əhali sürətlə qocalır, bir müddət sonra təqaüd və səhiyyə sisteminə böyük yük düşəcək. Hökumət isə hələ ki, bu günlə yaşayır, “5 günlük dünyadı”, prinsipi ilə davranır.

Hökumətlər, dövlətlər azı 20-25 illik proeksiyalar qurmağı, önünü planlaşdırmağı bacarmalıdır, yoxsa çox ciddi böhranlı məsələlərlə üzləşirlər. Zamanında tədbir görülməyəndə isə problemlərin həlli daha bahalı, daha ağrılı olur...” /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ