ABŞ-da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir


ABŞ-da aparılan araşdırma stüardessalar və pilotların digər peşə qrupları ilə müqayisədə radiasiya ilə əlaqəli xərçəngdən ölüm riskinin daha yüksək olduğunu ortaya qoyub.

Turkustan.az xəbər verir ki, tədqiqatçılar ABŞ-da 12 milyondan çox insanın məlumatlarını təhlil edərək, xüsusilə leykoz, limfoma, çoxsaylı miyeloma, həmçinin dəri, süd vəzi, qalxanabənzər vəz, prostat və mərkəzi sinir sistemi xərçəngləri üzrə ölüm göstəricilərini araşdırıblar.

500-dən çox peşənin müqayisə edildiyi araşdırmada radiasiya ilə əlaqəli xərçəngdən ölüm göstəricisinin ən yüksək olduğu peşə qrupunun stüardessalar olduğu müəyyənləşdirilib. Onları pilotlar izləyib.

Nəticələrə görə, stüardessaların radiasiya ilə əlaqəli xərçəngdən ölüm riski digər peşə qrupları ilə müqayisədə 50 faiz, pilotların isə 36 faiz daha yüksəkdir.

Tədqiqatda hər iki peşə qrupunda radiasiya ilə əlaqəli müxtəlif xərçəng növlərindən ölüm göstəricilərinin yüksək olduğu qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ