Alimlər fast-fud qidalanması ilə psixi sağlamlıq arasında ciddi əlaqə aşkar ediblər.
Turkustan.az xəbər verir ki, aparılan elmi araşdırmalar burger, kartof fri, kola və digər qazlı içkilər kimi qidaların mütəmadi istifadəsinin insanın psixoloji vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdiyini göstərir.
Tədqiqat nəticələrinə görə, fast-fud sevənlərdə diqqət və konsentrasiya azalır, depressiya əlamətləri daha tez üzə çıxır, emosiyalara nəzarət isə çətinləşir.
Alimlər bildirirlər ki, bu cür qidalanma təkcə əhval-ruhiyyəyə deyil, beynin ümumi fəaliyyətinə də mənfi təsir göstərir.
Araşdırmada xüsusilə vurğulanır ki, idmanla məşğul olmaq belə fast-fudun psixikaya vurduğu zərəri tam kompensasiya etmir. Yəni sağlam qidalanma olmadan fiziki aktivlik problemi kökündən həll etmir. /Musavat.com/