Microsoft-un hazırladığı MAI-DxO süni intellekt sistemi mürəkkəb tibbi halların diaqnostikasında həkimlərlə müqayisədə 2,3 dəfə yüksək dəqiqlik nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, bu nəticə 304 mürəkkəb tibbi hadisənin təhlil edildiyi araşdırmada əldə olunub.
Microsoft-un açıqlamasına görə, tədqiqat zamanı sistemin diaqnostik göstəriciləri həkimlərin eyni hallar üzrə nəticələri ilə müqayisə edilib.
Araşdırma çərçivəsində The New England Journal of Medicine jurnalında dərc olunan 304 mürəkkəb tibbi hadisə süni intellekt agentləri tərəfindən təhlil olunub.
Nəticələr göstərib ki, MAI-DxO kitablar və internet kimi açıq mənbələrdən istifadə edərək həmin halları qiymətləndirən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə daha yüksək diaqnostik dəqiqlik əldə edib.
Aytən Yaşar/Turkustan.az