“Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi...” - Baxçalı


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə Ankarada keçiriləcək zirvə görüşündə iştirak etmək üçün göndərdiyi dəvət Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji dəyərini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Feysbuk səhifəsində qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və millətlərimizin birliyi üzərinə qurulub, gündəlik siyasi proseslər və müvəqqəti fikir ayrılıqlarının üzərindədir. Əlbəttə ki, dövlətlər arasında fərqli dəyərləndirmələr və həll olunmamış məsələlər ortaya çıxa bilər. Həqiqətən vacib olan bu məsələləri qardaşlıq bağlarını pozmadan qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir.

Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması iki dövlət arasında həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin təmin edilməsi üçün vacibdir”, - deyə partiya rəhbəri bildirib./Axar.az


MANŞET XƏBƏRLƏRİ