Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.
Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminalla meylli şəxs olduğu deyilir. Onun özünün də bıçaqla yaralandığı deyilir.
Həmçinin, hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir. Bundan başqa, bir neçə şəxsin də yumruq-təpik, küt alət zərbələri aldıqları qeyd olunur.
13:20
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.
Əldə etdiyimiz məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Hadisənin iştirakçısı olan və hazırda polis tərəfindən saxlanılan şəxslərdən bəzilərinin fotolarını təqdim edirik:
Fotoda Əhməd Əlizadə

Fotoda Əhmədin dostu Kamran

Fotoda Əhmədin dostu Həsən

Fotoda Əhmədin dostu Elvin

12:43
Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.
Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.
Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.
Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.
Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.
12:30
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan qətlin törədildiyi hadisə ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər.
Daha sonra mübahisə kafenin zalında davam edib və qətl hadisəsi törədilib.
Hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edirik: