Türkiyə-Liviya sazişindən sonra Yunanıstan hərəkətə keçdi


Yunanıstan Türkiyə ilə Liviya arasında imzalanmış dəniz delimitasiyası sazişinin Liviyada təsdiqlənməsindən sonra Misirlə əməkdaşlığı genişləndirməyə çalışır.

Turkustan.az xəbər verir ki, Afina və Qahirə 2020-ci ildə imzaladıqları eksklüziv iqtisadi zona (AİZ) sazişinin əhatə dairəsini genişləndirmək üçün danışıqları bərpa etmək barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, Afina bu prosesi Şərqi Aralıq dənizində Türkiyənin mövqeyinə qarşı addım kimi qiymətləndirir.

Yunanıstan və Misir arasında 2020-ci ildə imzalanan qismən AİZ delimitasiyası sazişi Türkiyə ilə Liviyanın Tripolidə yerləşən hökuməti arasında 2019-cu ildə bağlanmış dəniz razılaşmasına cavab olaraq gündəmə gətirilmişdi.

Məlumata görə, mövcud saziş Rodos adası ətrafındakı dəniz ərazilərini əhatə edir, 26-cı və 28-ci meridianlar arasındakı bölgəni müəyyənləşdirir, Meis adasının şərqindəki əraziləri isə əhatə etmir.

Yeni danışıqların əsas məqsədinin sazişin əhatə dairəsini 28-ci meridianın şərqində yerləşən ərazilərə qədər genişləndirmək olduğu bildirilir. Bu addım Şərqi Aralıq dənizində Türkiyə, Yunanıstan və Misir arasında dəniz sərhədləri ilə bağlı mübahisələri yenidən gündəmə gətirə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ