ABŞ kəşfiyyatının məlumatına görə, İran amerikalı hərbçiləri və digər ABŞ personalını hədəf almaq səylərini əhəmiyyətli dərəcədə artırıb.
Turkustan.az xəbər verir ki, “Axios” nəşri ABŞ dövlət katibi Marko Rubioya göndərilən kəşfiyyat memorandumunu əldə edib.
Memorandumda bildirilir ki, kəşfiyyat məlumatları İranın ABŞ personalına qarşı fəaliyyətini gücləndirdiyini göstərir.
Sənəddə, həmçinin İranın ABŞ vətəndaşlarına qarşı ölümcül sui-qəsd cəhdlərinin həm Yaxın Şərqdə, həm də bir sıra digər ölkələrdə hazırlıq baxımından irəliləmiş mərhələyə çatdığı qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az