Tramp Demokratları seçkilərə gətirdi: Səsvermədə yeni tendensiya


ABŞ-da bülletenlərin itməsi və ya sayılmaması ilə bağlı narahatlıqlar seçicilərin səsvermə üsuluna təsir göstərib.

Turkustan.az xəbər verir ki, xüsusilə Demokrat seçicilər poçtla səs vermək əvəzinə, şəxsən və təhlükəsiz səsvermə qutuları vasitəsilə erkən səsverməyə üstünlük verirlər.

Florida Universitetinin erkən səsvermə üzrə eksperti professor Maykl Makdonaldın və VoteHub-un məlumatlarına əsasən, araşdırılan səkkiz ştatdan altısında poçtla səsvermə əhəmiyyətli dərəcədə azalıb.

Bununla yanaşı, Corciya və Viskonsin kimi seçkilərin nəticəsi baxımın^dan mühüm əhəmiyyət daşıyan ştatlarda erkən səsvermə göstəriciləri tarixi yüksək səviyyəyə çatıb.

Məlumatlar seçicilərin poçtla səsverməyə münasibətində dəyişiklik olduğunu və erkən səsvermənin daha çox ön plana çıxdığını göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ