Kremlin sözçüsü Dmitri Peskov Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan ilk tankerin yola düşdüyünü və tədarüklərin müntəzəm şəkildə davam edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Peskov bu barədə Moskvada jurnalistlərə açıqlamasında danışıb. O, Rusiya Energetika Nazirliyinin ilk tədarüklə bağlı məlumat verdiyini bildirib.
“İlk tanker alıcılarına yola düşüb. Göndərişlər bundan sonra müntəzəm olaraq davam edəcək”, – Peskov deyib.
Kremlin sözçüsü, həmçinin noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsi ilə bağlı üçtərəfli danışıqların keçirilməsinin planlaşdırıldığını bildirib.
Peskovun sözlərinə görə, görüşlərdə mümkün sülh razılaşmasından sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə ediləcək.
“Bu, sülh yolu ilə həllə nail olmağın son dərəcə vacib elementlərindən biridir. Bunsuz hərtərəfli həll mümkün deyil”, – Kremlin sözçüsü vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az