Nazirlik dərmanlarla bağlı əhaliyə çağırış etdi


"İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir".

Turkustan.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.

O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil:

“Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər. İnsanlar bəzən “immuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar. Halbuki hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Bu səbəbdən bu məsələyə ciddi yanaşmaq və yalnız həkim tövsiyəsi əsasında müalicə vasitələri qəbul etmək vacibdir”.


MANŞET XƏBƏRLƏRİ