Tramp Moskvaya şübhəli səfərlə bağlı: "Bundan nəsə çıxa bilər"


ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatdırılması üçün administrasiyasının çox çalışdığını bildirib.

Turkustan.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin nəticə verə biləcəyini də istisna etməyib.

Tramp bu barədə “Glenn Beck” proqramında danışıb.

MKİ direktorunun Rusiyaya səfərinin səbəbi ilə bağlı suala cavab verən Tramp Retkliffin Moskvada “demək olar ki, adi səfərin bir hissəsi olaraq” olduğunu deyib.

ABŞ prezidenti Ukraynadakı müharibənin başa çatmasını istədiklərini vurğulayıb və Retkliffi “fantastik oğlan” adlandırıb.

Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ciddi səylər göstərdiyini bildirərək, Retkliffin Moskva səfəri ilə bağlı “Bundan nəsə çıxa bilər”, – deyə qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ