Nepaldakı sel nəticəsində ölənlərin sayı 150-ni ötüb


Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 300-dən çox insan isə itkin düşmüş hesab olunur.

Nepal hakimiyyəti xilasetmə əməliyyatlarına helikopterlərlə hərbçiləri cəlb edib. Lakin suyun səviyyəsinin yüksək olması səbəbindən bəzi ərazilərə çatmaq mümkün deyil.

Sel nəticəsində ölkənin hidroenergetika güclərinin təxminən 12 faizini təşkil edən su elektrik stansiyalarına da ziyan dəyib.

Çin tərəfdə isə sərhəd-keçid məntəqəsinə aparan yollar bağlanıb. Nəticədə bəzi ərazilərdə elektrik enerjisi və rabitə kəsilib.


MANŞET XƏBƏRLƏRİ